17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Akademik Təhsil Nazirliyini məhkəməyə verib - Səbəb
Tarix: 16-01-2017 13:12 | Bölmə: Slayd

Azərbaycan Pedaqoji Universitetinin əməkdaşı, keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü Hüseyn Əhmədovla Təhsil Nazirliyi arasında məhkəmə çəkişməsi var.

Reyting.az-ın əldə etdiyi məlumata görə, akademik Hüseyn Əhmədovun Təhsil Nazirliyini məhkəməyə verməsinə səbəb pul mübahisəsidir.

Akademik Hüseyn Mustafa oğlu Əhmədov Təhsil Nazirliyi ilə yanaşı, 3-cü şəxs qismində Pedaqoji Universiteti və digərlərini də məhkəməyə verərək, keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü kimi rütbə üçün verilən əmək haqqının ödənilməsini tələb edir.

Akademikin iddiasına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Hakim akademikin iddia tələblərini qəbul etsə də, Təhsil Nazirliyi məhkəmənin qərarına etiraz edib. Ona görə də yuxarı məhkəmə instansiyasına şikayət ediblər.

Məlumata görə, nazirliyin H.Əhmədovun xeyrinə verilən qərarın ləğvi üçün verdiyi şikayət artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub və iş hakim Kəmalə Abiyevanın icraatındadır. Şikayətə yanvarın 19-da baxılacaq.

Yeri gəlmişkən, Hüseyn Əhmədov bir müddət əvvəl ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin Fransaya sığınmış keçmiş rektoru Elşad Abdullayevin qayınatasıdır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}