17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ramil Usubov DYP əməkdaşını cəzalandırıb - Səbəb
Tarix: 19-01-2017 16:44 | Bölmə: Xəbərlər

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan yol polisi əməkdaşı işdən qovulub.

Reyting.az Avtosfer.az-a istinadla xəbər verir ki, Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis zabiti, daha çox "Beko Rəşad" kimi tanınan Rəşad Nağıyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib. Buna səbəb kimi Rəşad Nağıyevlə bağlı şikayətlərin son vaxtlar daha da artması göstərilir.

Məlumatda bildirilir ki, sürücülər tərəfindən DİN rəhbərliyinə edilən müraciətlərdə DYP əməkdaşının qanunsuz hərəkətlərindən, sürücüləri "avtoş" adı ilə incitməsindən bəhs olunub, onun rüşvət alması halları qeyd edilib.

Rəşad Nağıyev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır. Belə ki, "Beko Rəşad” kimi tanınan həmin şəxsdən sürücülər narazıdır. Çünki sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman R.Nağıyev onu saxladaraq avtoxuliqan kimi qələmə verir, avtomobili isə cərimə meydançasına aparır. Bu hadisə bir çox sürücünün başına gəlib. Bu tipli şikayətlərin sayı durmadan artdığı üçün "Beko Rəşad"ın fəaliyyəti yoxlanılıb və bəzi şikayətlər təsdiqini tapdığı üçün nazirin əmri ilə sərəncama göndərilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}