16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürür
Tarix: 19-01-2017 16:52 | Bölmə: Slayd

Mərkəzi Bank dövriyyədəki nağd pulu günlük nəzarətə götürüb.

Reyting.az fins.az-a istinadla xəbər verir ki, artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcəklər.

Mərkəzi Bank bununla bağlı kommersiya banklarına məktub göndərib. Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədini daşıyır.

Məlumatda qeyd edilir ki, Mərkəzi Bank gələn həftənin əvvəlindən etibarən bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq. Mərkəzi Bank manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə nominallarının hesabatını da banklardan istəyib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}