Donald Tramp dünyaya xüsusi mesajlar verib - Andiçmə
Tarix: 21-01-2017 10:33 | Bölmə: Slayd

ABŞ-ın yeni seçilmiş prezidenti ın mərasimi keçirilib.

Yeni prezidentin yüksək təhlükəsizlik şəraitində baş tutan inaqurasiya mərasimində dünyanın müxtəlif ölkələrinin liderləri və ictimai xadimlər iştirak ediblər.

Maraqlıdır ki, Trampın əleyhdarları ilə tərəfdarları da mərasim ətrafında toplaşıblar. Bir tərəf Amerika tarixində indiyədək görünməyən formada yeni seçilən preizdentin əleyhinə ən sərt şüarlar səsləndirib, hətta mərasimə mane olmaq istəyib, digər tərəf isə Trampı alqışlayıb.

Yeni prezident Tramp isə mərasimdə təxminən 12 dəqiqəlik çıxış edərək, Obama administrasiyanın fəaliyyətini tənqid edib, dünyaya yeni mesajlar verib:

"ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək. ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”.

Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib.

Bununla belə, o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu da vurğulayıb. Bir sözlə, Tramp çıxışını əsasən ABŞ-ın daxilinə hesablanmış tezislər üzərində qurub və sözlərindən belə anlaşılıb ki, "Hər şey Amerika və amerikalılar üçün!” olacaq.

Daha sonra and içərək, ABŞ-ın 45-ci prezidenti kimi işə başlayıb.

Qeyd edək ki, Trampın andiçmə mərasimindəki nitqi yeni mesajların çoxluğu ilə seçilib. Hazırda dünyanın hər yerində media və ekspertlər bu çıxışı müzakirə edirlər.

Trampın andiçmə mərasimindəki nitqini şərh edən politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a deyib ki, Barak Obamanın 8 il öncəki andiçmə mərasimini də xatırlayır: "Hamıya nəsə xüsusi mesajı var idi, hər cümləsi xüsusi çəkiyə malik idi. Donald Tramp isə daha sadə danışdı, iş yerləri, fabriklər, zavodlar, körpülər açacağını, sərhəddi gücləndirəcəyini və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayacağını dedi. Yəni seçkiqabağı vədlərində nə demişdisə, andiçmə mərasimində onları ümumiləşdirilmiş şəkildə təkrarladı. Demək, Meksika ilə divar və Çinlə qeyri-bərabər ticarət münasibətlərinə yenidən baxılacağı fikirləri gündəmdə ağırlığını qoruyur. Çıxışın əsas leytmotivi belə idi: Hər şey Amerika və amerikalılar üçün!”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}