07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Komitə sədri Avropa Şurasının ekspertlərilə görüşüb
Tarix: 21-01-2017 10:59 | Bölmə: Slayd

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov "Marine Plaza”da ölkəmizdə səfərdə olan Avropa Şurasının eksperti xanım Catherine Creamer, İrlandiya Həbsxana Xidmətinin keçmiş rəhbəri, hal-hazırda Avropa Şurasının eksperti Con MkQakin ilə görüşüb.

Reyting.az-ın xəbərinə görə, dünən baş tutan görüşdə Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin layihə rəhbəri Aynur Yusifova da işdirak edib.

Görüş zamanı Avropa Şurasının ekspertləri ilə Elşad Həmidov Cəzaçəkmə müəssisələrinin idarə olunması, orada fəaliyyət göstərən əməkdaşların peşəkar davranışları, onlara mütəmadi olaraq təlimlərin və treninqlərin keçirilməsi, məhkumların psixi sağlamlıq məsələsi ilə bağlı müvafiq işlərin görülməsi və bu sahələrlə bağlı təcrübə mübadiləsinin keçirilməsi ilə əlaqədar geniş fikir mübadiləsi aparıb.

Görüş hər iki tərəf üçün çox səmərəli keçib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}