17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Moskvada Dağlıq Qarabağ probleminin müzakirəsi başlayır
Tarix: 24-01-2017 11:26 | Bölmə: Siyasət

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.

Moskvaya səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bundan əvvəl Ermənistan xarici işlər naziri 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Serqey Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}