Milli Məclis Məcəlləni vəzifəli şəxslərə qarşı sərtləşdirəcək – Tövsiyə
Tarix: 06-02-2017 18:07 | Bölmə: Slayd

İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə, inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.

Bununla bağlı Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs müəyyən edilmiş müddətlərin pozulmasına görə200 manatdan, 400 manatadək cərimə edilir.

Səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması ilə bağlı qaydaları pozmasına görə 400 manatdan 600 manatadək cərimə edilir. Dəyişiklik layihəsində bu maddəyə "Qeyd" əlavə olunması təklif edilir.

Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.

Layihədə bildirilib ki, səlahiyyətli vəzifəli şəxslərin inzibati xətalar üzrə icraat apararkən yol verdikləri müddət pozuntularının qarşısının alınmasında onların inzibati qaydada cərimələnməsinin kifayət etmədiyi nəzərə alınaraq, həmin pozuntuya yol vermiş şəxslərin daxili nəzarət qaydasında, habelə prokurorluq orqanlarının məlumatı əsasında intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə dəyişiklik təklif olunur.

Layihə Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasına tövsiyə olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}