16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xeyli sayda nazirlik və komitələrin ləğvi təklif olunur – Siyahı
Tarix: 14-02-2017 12:15 | Bölmə: Slayd

Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncamı ilə ölkənin iki nazirliyi birləşdirilərək, bazasında yeni nazirlik yaradılıb.

Prezidentin sərəncamı ilə iki nazirliyin bazasında yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Ramin Namiq oğlu Quluzadə rəhbərlik edəcək.

Qeyd edək ki, R.Quluzadə yeni vəzifəsinə qədər rabitə və yüksək texnologiyalar naziri idi.

Bəzi ekspertlər isə ölkədə struktur və kadr islahatlarının davamlı olacağını, hətta bunun vacibliyini də bildirirlər.

İqtisadçı Vüqar Bayramov deyib ki, Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi. Son illər adıçəkilən nazirliyin səlahiyyətləri mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında paylaşdırılmışdı:

"Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğundur".

V.Bayramlının sözlərinə görə, Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat vəDigital İnfrastruktur formasında), Bolqarıstan, Makedoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya vəHerseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlarla fəaliyyət göstərirlər:

"Bu adddımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsi çox vacibdir. Stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyili dərəcə də şəffaf menecment deməkdir".

V.Bayramov qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) 2011-ci ildə hazırladığı struktur islahatları paketindənəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da, qurumun bir sira təkliflərinin növbəti dövrdə reallaşması da vacibdir:

"CESD «Azərsu», "Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi vəayrıca idarəkimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsini, İqtisadiyyat Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi vəfunksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir".

İqtisadçı-ekspert Qubad İbadoğlu isə bildirib ki, bu qərar hakimiyyətdaxili proseslərin nəticəsi olsa da, iqtisadiyyatın idarə edilməsi strukturunun təkmilləşdirilməsi istiqamətində müsbət addımdır:

"Əslində, Azərbaycan kimi kiçik nəqliyyat şəbəkələrinə malik olan ölkədə ayrı-ayrı sahələr üzrə dövlət şirkətləri müstəqil fəaliyyət göstərdiyi halda belə bir nazirliyə ehtiyac yox idi. Bu nazirlik tənzimləyici və kommersiya xarakterli fəaliyyətləri həyata keçirməklə büdcəyə əlavə yük idi. Onun mərkəzi aparatının saxlanılması və əmək haqqı xərcləri ayrılan büdcənin 80 faizindən çoxunu təşkil edirdi.

Məlumat üçün qeyd edim ki, 2017-ci il üçün Nəqliyyat Nazirliyinə 2,62 milyon manat vəsait ayrılması nəzərdə tutulurdu".

Q.İbadoğlu onu da əlavə edib ki, bu addımlar davam etdirilməlidir:

"Bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sturkturuna 19 nazirlik, 9 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və1 dövlət fondu daxildir vəonların hamısı dövlət büdcəsindən maliyyələşdirilir”.

Nazirlər Kabinetinin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayının 35-əçatdığına diqqət çəkən Q.İbadoğlu qeyd edib ki, bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər.

Bu nazirliklər aşağdakılardır:

1) Müdafiə

2) Daxili İşlər

3) Ədliyyə

4) Xarici İşlər

5) Maliyyə

6) İqtisadiyyat

7) Kənd təsərrüfatı və ərzaq

8) Səhiyyə, Təhsil və Rifah

9) Sənaye, Elm və Texnologiyalar

10) Nəqliyyat və Rabitə

11) Vergi və rüsumların tənzimlənməsi

12) Əmək Nazirliyi.

İbadoğlu hesab edir ki, bu il martın əvvəlində hökümət parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}