Bələdiyyələrdəki nöqsanlar Ədliyyə Nazirliyini hədəfə çevirib – Müzakirə
Tarix: 14-02-2017 13:42 | Bölmə: Slayd

Milli Məclisin bu günkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub.

Bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.

Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, məruzədə, 2016-ci ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımi metodiki vəhüquqi dəstək göstərildiyi bildirilib.

2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə, il ərzində mərkəzə 2320 müraciət daxil olub. Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Bu müraciətlərin 538-i torpaq sahələrinin ayrılmamasını, 145-i torpaq sahələrinin sənədləşdirilməməsini, 557-si torpaq mübahisələrini əhatə edib. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-ı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrəxırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb.

Həmin nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə tövsiyyələr verilib.

3 halda kiçik maliyyə pozuntusu aşkarlanıb ki, bu zaman vurulan ziyanın da ödənilməsi təmin edilib. Müraciətlər üzrə 18 fakt üzrə ciddi pozuntu aşkarlanıb və bu barədə materiallara hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə, il ərzində istintaq orqanlarına 58 material göndərilib.

Ötən il bələdiyyə üzvlərinin hüquqi maarifləndirilməsi tədbirlərinin sayı 87 faiz artıb. Bu tədbirlərdə iştirak edən bələdiyyə üzvləri və qulluqçularının sayı isə 71 faizi ötüb. 14 metodiki vəsait hazırlanaraq bələdiyyələrə göndərilib. 3 ayda proqramda 500 mindən çox vergi və ödəniş ödəyiciləri sistemdə qeydiyyatdan keçib.

2015-ci ilin 9 ayında vergi vəödənişlər üzrə gəlirlər 8 milyon 219 min 300 manat idisə, ötən ilin 9 ayında bu göstərici 17,5 faiz çox olub. Lakin bələdiyyələrin yığm səviyyəsində artım olsa da, görüləcək iş hələ çoxdur.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi illik məruzəyə münasibət bildirərkən deyib ki, verilən təklif və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb: "Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?”.

Arif Rəhimzadə qeyd edib ki, bələdiyyələrin inkişafını təmin etmək lazımdır və məhkəmə qərarları icra olunmalıdır.

Komitə sədri məruzə ətrafında danışmaq istəmədiyini vurğulayıb: "Amma Vilayət müəllimin çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, beləetmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki? Keçirməyək o zaman”.

A.Rəhimzadə subvensiya və dotasiya məsələsinə də toxunub. O qeyd edib ki, dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmır:

"Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa qurum varmı? O zaman nazirlik hara baxır?”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}