16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Süni qiymət artımına şərait yaradanlar cəzalandırılacaq – Xəbərdarlıq
Tarix: 14-02-2017 14:14 | Bölmə: Slayd

Ölkənin ərzaq və qeyri-ərzaq bazarında süni qiymət artımı davam edir. Əvvəllər qiymət artımını dolların məzənnəsi ilə əlaqələndirməyə çalışan bəzi işbazlar, hətta milli valyutadakı dəyər artımını da artıq nəzərə almırlar.

Millət vəkili Əli Məsimli isə Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, neçə gündür manat bahalaşıb, dollar ucuzlaşsa da, ərzaq məhsullarının qiymətləri yeni qalxır.

Ə.Məsimli bu məsələdə işbazları və inhisarçıları ittiham edib. Onun sözlərinə görə, qiymət artımı Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflərə ziddir:

"Manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə, qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs, indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməli və təcili tədbirlər görülməlidir”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildiriblər ki, istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Məlumata görə, aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25 faizədək azalıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.

Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}