Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub -Yeniliklər olacaq
Tarix: 18-02-2017 16:09 | Bölmə: Slayd

Bu il ali məktəblərə qəbul imtahanlarında yeniliklər olacaq. Əsas dəyişikliklərdən biri də abituriyentlərə iki dəfə imtahan vermək imkanının yaradılmasıdır.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, həm bu ilin, həm də əvvəlki illərin məzunlarına iki imtahanda iştirak etmək şansı veriləcək.

Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştiraklarını özləri müəyyən edəcəklər.

Ali məktəblərə bi ilki qəbul imtahanlarının keçiriləcəyi vaxta gəldikdə, Dövlət İmtahan Mərkəzindən bunun may və iyul aylarına planlaşdırıldığını bildiriblər. İmtahanların həmin ayların hansı günlərində keçiriləcəyi barədə isə yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək.

Qəbul imatahanlarından sonra ixtisas seçimi, ardınca isə məktəbələrə yeriləşdirmə - yəni müsabiqə keçirələcək ki, bunun da nəticələri avqustda bilinəcək.

Onu da qeyd edək ki, bu ildən ali məktəblərə qəbul üzrə test imtahanları ödənişli olacaq. Tarif Şurası hazırda bununla bağlı müzakirələr aparır və yaxın vaxtlarda imtahanlarda iştiraka görə ödənişlərin məbləği müəyyən ediləcək.

Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, ekspert Rövşən Ağayev ali və orta ixtisas məktəblərinə yeni qəbul qaydalarından danışarkən deyib ki, tələbə olmaq istəyənlərə il ərzində iki dəfə şans vermək müsbət addımdı. Bunun, xüsusən də abituryentlərin stressini azaltmaq baxımından faydası ola bilər.

"Amma "ali təhsil alanların sayı artmalıdır" təklifinin bir əmması var. Gerçəkdən Azərbaycan əhalisinin hər 100 min nəfəri hesabı ali məktəb tələbələrinin sayına görə, inkişaf etmiş ölkələrdən, eləcə də bir sıra keçid ölkələrindən 3-4 dəfə geri qalır. Amma say artımı onsuz da aşağı olan keyfiyyətin daha da pisləşməsi hesabına baş verməməlidir. Buna görə də ali təhsil pilləsinə keçid üçün hər bir ixtisas üzrə (qrup üzrə yox) minimal keçid ballarının müəyyən edilməsi çıxış yollarından biri ola bilər. Məsələn, maksimum balın (700 bal) 40%-dən (280 bal) aşağı balla heç bir ixtisas üzrə ali məktəblərə qəbul aparılmamalıdır. Bütün ixtisaslar üzrə minimum keçid balı isə ixtisasların mürəkkəbliyindən, iqtisadiyyat üçün faydalılığından asılı olaraq 280 baldan yüksək olmaq şərtilə müəyyən edilə bilər”,-deyən ekspertin sözlərinə görə, hər abituryent bilməlidir ki, riyaziyyat müəllimi olmaq istəyirsə, 400-dən aşağı bal toplamamalıdır:

"Daha bir təklif pullu ali təhsillə bağlıdır. Bu gün Azərbaycanda dövlətin ali təhsil xərclərinin ÜDM-də payı 0.3% ətrafındadı. Dünyanın qabaqcıl ölkələrində həmin göstərici 1-2% intervalında dəyişir. Bu gün Azərbaycanda dövlət ali məktəblərində oxuyanların 76-77%-i ödənişli təhsil alır. Yoxsulluğun real miqyasının yüksək olduğu ölkədə hökumət bütün insanların ali təhsilə əlçatanlığını artırmaq üçün ali təhsil xərclərini artırmalıdır. Bunun üçün hökumət belə bir hədəf müəyyən edə bilər: maksimum balın (700 bal) məsələn, üçdə ikisindən (450 bal) yüksək bal toplayan bütün abituryentlərin xərclərini dövlət qarşılayacaq. Təhsil Nazirliyi tələbələrin sayını artırmaq istəyirsə, bu da bir stimullaşdırıcı mexanizm ola bilər”.
 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}