14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Xocalı soyqırımı ilə bağlı çox dəhşətli faktlar ortaya çıxıb
Tarix: 22-02-2017 12:53 | Bölmə: Slayd

"Xocalı soyqırımının günahkarları arasında biz də varıq. Çünki bizim yaddaşımız çox zəifdir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar 1988-ci ildən deyil, XX əsrin əvvələrindən başlayıb”.

Reyting.az-ın xəbərinə görə, bunu hərbi prokuror Xanlar Vəliyev Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfransda deyib.

X.Vəliyev xatırladıb ki, Gəncə Şəhər Prokurorluğunda işlədiyi vaxtlarda ermənilərlə bağlı cinayət işlərini özü aparıb: "Onların bütün cinayətlərinə mən baxırdım və sona çatdırırdım".

Onun sözlərinə görə, Azərbaycan xalqı bundan sonra torpaq itirmək fikrində deyil: "Millət artıq ayılıb, müstəqil dövlətik. Xocalıda baş verənləri hər kəs bilir. Ümid edirik ki, tezliklə bu işlər Beynəlxalq Hərbi Tribunalda dinləniləcək. Əvvəllər istintaq düzgün aparılmırdı. Xocalı faciəsi ilə bağlı iş 2005-ci ildən icraatımızdadır. Bu məqsədlə xüsusi İstintaq şöbəsi yaradılıb. Çox dəhşətli hadisələr ortaya çıxıb”.

X.Vəliyev bildirib ki, ölkə ərazisinin işğalı nəticəsində milyardlarla ziyan dəyib:

"Ekspertərlə qiymətləndirmə işləri aparırıq. Biz o zaman torpaqlarımızı alacağıq ki, yalnız torpaq haqqında düşünəcəyik. Azərbaycanda 26 Fevral - Xocalı soyqırımı, 31 mart qırğını keçdikdən sonra hamı unudur. Bunu yalnız təqvimlə xatırlamaq doğru deyil. Torpaqlarımızı azad etmək üçün nəyə gücümüz çatır, etməliyik, təbliğat aparılmalıdır. Bir məsələ var, haqq güc olsa da, güclü olar. Biz də torpaqlarımızı azad edəcəyik. Bu gün Azərbaycanın yetərincə gücü var. Bəzi xarici ölkələr imkan versə, torpaqlarımızı azad edə bilərik. Bu problemi bizdən sonrakı nəslin boynuna qoymaq haqqımız yoxdur”.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin başçılığı ilə fevralın 26-da "Ana fəryadı” abidəsi önünə yürüş ediləcək: "Bununla bağlı tapşırıqlar verilib. Bütün dövlət müəssisələri bu yürüşdə iştirak edəcək”.

"Report” isə xəbər verir ki, Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov deyib ki, Xocalı soyqırımı ilə bağlı cinayət işi Hərbi Prokurorluğun icraatındadır və 4 istiqamətdə istintaq aparılır.

O qeyd edib ki, Xocalının işğalı ilə Azərbaycana 523 milyon dollar dəyərində ziyan dəyib.

Ü.Əhmədov bildirib ki, indiyədək 7500 istintaq hərəkəti aparılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}