14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ramil Usubov generallara yeni vəzifə verib – Siyahı
Tarix: 23-02-2017 15:59 | Bölmə: Slayd


Ötən həftə yaş senzi ilə əlaqədar vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, Daxili İşlər Nazirliyinin (DİN) Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yeni vəzifə verilib.

Reyting.az Virtualaz.org-a istinadən xəbər verir ki, general Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.

Saytın xəbərinə görə, istefaya göndərilmiş daha bir general da DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur.

Məlumatda o da bildirilir ki, Bakı şəhər Baş polis idarəsinin rəis müavini postu ləğv edilib və onun yerində yeni vəzifə - Bakı şəhər Baş polis idarəsi rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə H.Şirinov təyin olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}