Milli Məclis dünya ölkələrinin parlamentlərinə müraciət edəcək - Səbəb
Tarix: 24-02-2017 09:59 | Bölmə: Slayd

Azərbaycan Republikasının Milli Məclisi Xocalı soyqırımı ilə bağlı bu gün dünya ölkələrinin parlamentinə müraciət edəcək.

Fevralın 24-də keçiriləcək plenar iclasın gündəliyinə yalnız Xocalı soyqırımının 25 illiyi ilə bağlı qərar layihəsi daxil edilib. Burada Xocalı soyqırımı ilə bağlı bir neçə qərarın qəbul ediləcəyi gözlənilir.

Daha sonra isə Milli Məclis bir neçə ölkələrin parlamentlərinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək.

Milli Məclisdən konkret neçə ölkənin parlamentinə müraciət olunacağı bildirilməyib.(Modern.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}