16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Əli Həsənovun nəvəsinin harın həyat tərzi narazılığa səbəb olub - Fotolar
Tarix: 07-03-2017 15:17 | Bölmə: Slayd


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin bahalı avtomobilləri facebook sosial şəbəksində yayılıb.

Azerinews.tv-nin və digər saytların məlumatına görə, facebook-da paylaşılan şəkillər və status gecə saatlarında sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Məmur nəvəsinin harın həyat tərzinin narazılığa səbəb olduğu qeyd edilir.

Məlumatda bildirilir ki, Əli Həsənovun təkcə bir nəvəsinə - qızı Nəcibənin övladına məxsus avtomobillərin qiyməti yarım milyon manatdan bahadır.

Görəsən, "Hərbi xidmətə getməyənlər fəraridir, onlara qız verməyin”,- deyən Ə.Həsənovun xaricdə bahalı restoran və hotellərdə gözəlçələrlə eyş-işrət məclisi quran nəvəsi hərbi xidmətdə olubmu?

Reyting.az saytı Azerinews.tv-yə istinadla həmin şəkilləri təqdim edir:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}