Bakı-Sumqayıt yolundakı ağır avtoqəzada ölənlərin sayı artıb - Yenilənib
Tarix: 09-03-2017 10:36 | Bölmə: Slayd


Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin öldüyü, 10-dək şəxsin xəsarət aldığı bildirilir.

Baş verən qəzada üç tələbə həyatını itirib.

İlkin məlumatda mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarındakı maneəyə çırpıldığı bildirilsə də, araşdırma zamanı məlum olub ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Reyting.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report”a bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandır.

O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.

S.Əhmədova deyib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov isə "Report"a açıqlamasında bildirib ki, mərkəzə hadisə nəticəsində xəsarət alan 3 nəfər gətirilib.

Qeyd edək ki, bu gün səhər saatlarına Sumqayıt istiqamətində hərəkət edən "Ford" markalı mikroavtobus yolunun kənarındakı dəmir yolayrıcına çırpılıb.

**

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb.

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb.

Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin tramvası alıbmış.

**

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

**

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanlardan bəzilərinin adları məlum olub.

Hadisə nəticəsində xəsarət alan 17 nəfər - Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı,Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzadə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.(APA)


 


 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}