İşgəncələrə qarşı mübarizə tədbirləri güclənir – Konfrans+Fotolar
Tarix: 12-03-2017 10:37 | Bölmə: Slayd


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov mətbuat konfransı keçirib.

Konfransda komitənin monitorinq üzrə sədr müavini Rəhman İmanov, mətbuat katibi Telman Mirzəyev, Komitənin təhlükəsizlik üzrə baş məsləhətçisi Oqtay Salamov, Xüsusi işlər üzrə müavin Avtandil Məmmədov, İdeoloji işləri üzrə məsləhətçi Ənvər Rzayev, Cənub bölgə rəhbəri Ağakərim Əzimov, Qrup rəhbəri İqbal Mirzəyev, Şəki bölgə rəhbəri Rafiq Lətifov, Regional bölgə rəhbərləri Rayət Sadıqov və Mahir Bağırov, Regional qrup rəhbəri Vidadi Qurbanov, Baş ekspert Tariyel Quliyev, Qrup rəhbəri Rəfael Quliyev, Baş ekspert Qəribbala Novruzov və digərləri çıxış ediblər.

Müşahidəçilərdən Samir Əzimov, Ramin Hüseynov və Gürşad Rəhimov, Regional bölgə rəhbəri İxtiyar Məmmədov, Şamaxı bölgə rəhbəri Ramin Ağazadə, Regional rəhbərin müavini Ruslan Rzazadə və digər üzvlər də müxtəlif təkliflər səsləndiriblər.

Konfransda qonaq qismində iştirak edən Müvəkkil Hüquq Mərkəzinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov da müxtəlif təkliflər irəli sürüb.

Daha sonra komitə sədri Elşad Həmidov 2017-ci ilin yanvar ayından bu günəkimi gördüyü işlər barədə komitə üzvləri qarşısında hesabatla çıxış edib. O, işgəncələrə qarşı tədbirlərin daha da genişləndirilməsi ilə bağlı komitə üzvlərinə əlavə tapşırıqlar verib.

Monitorinq üzrə sədr müavini Bəhmən İmanov da hesabat xarakterli çıxılş edib.

İrəli sürülən təklif və fikirlər komitə üzvləri tərəfindən bəyənilib.

Daha sonra konfrans İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov yekun nitqi ilə çıxış edib.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}