16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təhsil Nazirliyi müəllimlərə müraciət edib - Səbəb
Tarix: 06-04-2017 16:45 | Bölmə: Slayd


Təhsil Nazirliyi bəzi şəhər və rayonlarda fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması məsələsinə aydınlıq gətirib.

Reyting.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Onun sözlərinə görə, Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir: "Bunlara həmin müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması, bu işdə səlahiyyətli şəxslərin cəzalandırılması daxildir”.

Nazirlik rəsmisi qeyd edib ki, müsabiqədənkənar işə qəbul olunan şəxslər yenidən müəllim kimi fəaliyyət göstərmək istəyirlərsə, işə qəbul üzrə müsabiqədə (imtahan və müsahibə) iştirak etməlidirlər.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}