Milli Şura Bakıda etiraz mitinqi keçirib - Fotolar
Tarix: 08-04-2017 17:38 | Bölmə: Slayd


Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə metronun "İnşaatçılar” stansiyası yaxınlığındakı "Məhsul” stadionunda siyasi və sosial tələblərlə etiraz mitinqi keçirib.

Aksiyaya Milli Şuranın sədri Cəmil Həsənli ilə AXCP sədri Əli Kərimli rəhbərlik ediblər.

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, Şuranın üzvü Gültəkin Hacıbəyli və digərləri çıxış edərək hakimiyyəti tənqid hədəfinə çeviriblər.

Ə.Kərimli çıxışında deyib ki, biz bu meydana gəlməyə bilməzdik: "Talan yox”, "yalana yox”, "monarxiyaya yox”, "siyasi məhbuslar azadlıq” deməyə bilməzdik. Bu ölkənin onlarla ləyaqətli insanı həbsdədir. Onları düşüncələrinə görə həbs ediblər. Onlara azadlıq tələb etməyə bilməzdik! ”.

Ə.Kərimli çıxış edərkən "İstefa" şüarları səslənib və bu zaman elektrik enerjisi kəsilib. Amma Ə.Kərimli deyib ki, elektrik enerjisini kəsməklə bizi dayandıra bilməyəcəksiz və biz mitinqimizi davam etdirəcəyik. Bir neçə dəqiqə sonra meydana elektrik enerjisinin verilməsi bərpa edilib.

Ə.Kərimli ilə yanaşı digərləri də çıxış edərək hakimiyyətin apardığı siyasətə öz etirazlarını bildiriblər.

Mitinqin sonunda aksiyanın qətnaməsi oxunub.

Aksiya insidentsiz başa çatıb. 



Reyting.az







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}