Mədət Quliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb
Tarix: 11-04-2017 14:35 | Bölmə: Slayd


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Reyting.az-ın məlumatına görə, DTX-dan bildiriblər ki, görüşdə general-leytenant Mədət Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və hüquq-mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev xalqlarımızın tərəqqisi naminə Rusiya və Azərbaycan dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərinə dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}