16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ziya Məmmədov Azərbaycandakı əmlaklarını satışa çıxarır
Tarix: 18-04-2017 10:18 | Bölmə: Slayd


Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir.

"Yeni Müsavat” qəzetinin yazdığına görə, bu haqda məlumat verən mənbə qeyd edib ki, Məmmədovlar bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsini mümkünsüz sayırlar.

Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var-dövlətinin bir neçə milyard olduğu bildirilir.

Qeyd edək ki, fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olundu. Bundan sonra yalnız bir dəfə medianın sualına cavab verən Z.Məmmədov "daha sıravi vətəndaşam, dincəlirəm”,-demişdi.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}