17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Donald Tramp Ərdoğanı təbrik edib
Tarix: 18-04-2017 11:18 | Bölmə: Slayd


ABŞ prezidenti Donald Tramp telefon danışığında referendum nəticəsi ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, prezidentlər telefon danışığı zamanı bildiriblər ki, İdlibə edilən kimyəvi hücumdan sonra Suriya lideri Bəşər Əsəd məsuliyyətə cəlb olunmalıdır.(Axar.az)

Tramp Ərdoğana ABŞ-a verdiyi dəstəyə görə də təşəkkür edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Ağ Ev sözçüləri ATƏT-in bəyanatına görə Ərdoğanı ölkəsində keçirilən referendum münasibətiylə təbrik etməmişdilər və son hesabatı gözləyəcəklərini bildirmişdilər.

Xatırladaq ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun "Avropa Şurası standartlarına uyğun olmadığını" bəyan edib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}