07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Təhsil Nazirliyinin orta məktəblərlə bağlı istəyi narazılığa səbəb olub
Tarix: 18-04-2017 12:29 | Bölmə: Slayd


Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblərin 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçidi narazılıqla qarşılanıb. Lənkəran rayon Şirin su kəndində də bu dəyişiklik sakinlərin narazılığına səbəb olub.

Kənd sakinləri unikal.org-a bildiriblər ki, artıq növbəti tədris ilindən Şirin su orta məktəbi 9 illik təhsil bazasına keçir:

"Bizə xəbərdarlıq edilib ki, övladlarınız gələn ildən Liman şəhər İ.İ.Mahmudov adına 1 saylı tam orta məktəbdə 10-11-ci siniflərdə təhsil alacaqlar. Xeyli sayda əhalisi olan bu kənddən Liman şəhərinə gedən avtobuslar da yoxdur. Sakinlərin bəziləri maddi imkanlarının çətin olduqlarını və həmçinin yolun uzaqlığını nəzərə alaraq yenidən orta məktəbin 11 illik təhsil bazasına qaytarılmasını tələb edirlər. Əks halda kənddə təhsil alan əksər qız və oğlanlar 9 illik təhsil bazası ilə kifayətlənməli olacaqlar”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələyə münasibət bildirərkən deyib ki, 11 illik məktəblərin 9 illik məktəblərlə əvəzlənmə işi bütün rayonlarda aparılır:

"Qiymətləndirmə gedir. Məsafələr və şagirdlərin say hesabı müəyyənləşir. Hansı məktəblərin 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçidi mümkündürsə, bu, ediləcək. Amma bu prosedur tədricən aparılacaq”.

C.Valehovun sözlərinə görə, hələlik hansısa məktəbin 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçidi yalnız sözdə ola bilər. Qərar üç aydan sonra məlum olacaq.

Nazirlik rəsmisi vurğulayıb ki, iyul ayında Azərbaycanda 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçən məktəblərin sənəd üzərində siyahısı açıqlanacaq. İşlər də bu siyahıya uyğun aparılacaq.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}