11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Deputatların etik davranış qaydaları müzakirəyə çıxarılıb
Tarix: 20-04-2017 14:08 | Bölmə: Slayd


Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında "Azərbaycan Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

İclasda çıxış edən Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir.

B.Muradovanın sözlərinə görə, Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir.

O, xatırladıb ki, parlament seçkisi zamanı deputata 40 mindən çox seçici səs verir. Seçicilər səs verən zaman deputata inanırlar və bu parametrlər üzrə ondan lazımi iş görməsini gözləyirlər.

B.Muradova deyib ki, dünyanın bir çox ölkələrində müvafiq dövlət qurumlarının rəhbərləri, seçkili orqanların rəhbərləri, bələdiyyə üzvləri və dövlət qulluqçularının, o cümlədən parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var.

Vitse-spiker qeyd edib ki, qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələr gətirə biləcək hərəkətlərdən çəkindirməkdir:

"Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb”,-Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bəzi hallarda deputatlar tərəfindən adekvat olmayan davranış sərgilənə bilir:

"Təbii ki, bu da qanunla tənzimlənməlidir. Ona görə də yeni hazırlanan qanun layihəsinin əsas məqsədi şəffaflığın və səmərəliliyin artırılmasıdır. Layihə hazırlanarkən Avropa Şurasına və MDB ölkələrinin təcrübələri, eləcə də Azərbaycan reallıqları nəzərə alınıb”.

Deputat Azay Quliyev isə vurğulayıb ki, belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac vardı: "Layihədə yer alan müddəalarda qeyri-adi heç nə yoxdur. Konstitusiyaya əsasən, bunu ümumi cəmləşdirib yekun halda təqdim etmək lazım idi. Hakim partiyaların, müstəqil və müxalifət partiyalarının deputatları ilə ayrılıqda görüşüb işçi qrupu da yarada bilərik”.

Hazırda qanun layihəsi ətrafında müzakirələr davam edir.(Modern.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}