Yol xəritəsinin nəticələri üzə çıxır
Tarix: 22-04-2017 13:24 | Bölmə: Slayd


Aprelin 17-də prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirildi. Ölkə başçısı post-neft dövründə Azərbaycanın atacağı addımları, sahibkarların üzərinə düşən məsuliyyəti, əsas hədəfləri dilə gətirərək bu istiqamətdə mühüm tapşırıqlar verdi.

Prezident xüsusən ixrac yönümlü məhsul istehsalının artırılmasına toxunub, bununla bağlı sahibkarlara tövsiyələr verdi.

Onu da qeyd edək ki, son dövürlər layihələrin əksəriyyəti Strateji Yol Xəritəsinə əsasən gerçəkləşdirilir. 

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov deyib ki, 2016-cı ildə çox böyük islahatlar həyata keçirilib, struktur dəyişiklikləri aparılıb, bir çox qanunlara müasir iqtisadiyyatın tələbələrinə uyğun dəyişikliklər edilib. Onun sözlərinə görə, fundamental elmi araşdırmalara söykənən, gələcək istiqamətləri çox dəqiqliklə özündə əks etdirən Strateji Yol Xəritəsi ölkə başçısının birbaşa rəhbərliyi ilə həyata keçirilən strategiyadır:

"Strateji Yol Xəritəsinə uyğun olaraq işlər davam etdirilir. Bunun müsbət nəticələri artıq əldə olunub. Bunun bariz nümunəsi 2017-ci ilin birinci rübündə əldə edilən nəticələrdir. Strateji Yol Xəritəsinin başlıca məqsədi ölkə iqtisadiyyatının neft faktorundan asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun şaxələndirilmiş inkişafı idi. Buna da nail olundu. Qeyri-neft sektorunda 2.4 faiz artım müşahidə olundu... Qeyri-neft sənayesində 2 faiz, kənd təsərrüfatında 3.4 faiz. İxracımız 10 faiz artdı, idxalımız 17 faiz azaldı. İdxalın azalması müsbət tendensiyadır ki, bunun nəticəsində də valyuta ehtiyatlarımızı1 milyard dollarzənginləşdirə bildik. Bütün bunlar göstərir ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan istiqamətlər icra olunur. Bunların daha da intensiv icraası, qarşıya qoyulan məqsədlərin daha da reallaşması fonunda dövlət başçımızın Yevlaxda keçirdiyi müşavirəni misal gətirə bilərik.

Prezident İlham Əliyev Yevlaxda keçirdiyi qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni istiqamətləri, yeni üfüqləri müəyyənləşdirdi. Bunlar həm kənd təsərrüfatı, həm turizm, həm də sənayenin müxtəlif sahələrini əhatə edir. Ölkə başçısı bir daha görüləcək işləri müəyyənləşdirdi, tövsiyə və tapşırıqlarını verdi".

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, Strateji Yol Xəritəsi olduqca əhəmiyyətli sənəddir. Onun sözlərinə görə, bu strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək.

Deputat qeyd edib ki, post-neft dövründə prezident tərəfindən keçirilən bu cür görüşlər mühüm əhəmiiyyət kəsb edir:

"Ölkə başçısı tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı xüsusi qərarlar qəbul olunub və strateji proqramlar hazırlanıb. Bu gün neftin qiyməti o qədər də yüksək olmaldığı üçün, neft hazılatındakı problemlərdən dolayı Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir. İxrac yönümlü məhsullara çox böyük diqqət yetirilir.

Prezident müşavirədə fındığın, pomidorun, pambığın və digər strateji məshulların ixracından əldə olunan gəlirləri açıqladı, son günlər milli Azərbaycan brendinin dünyada tanınması, onun təşviqi və s. məsələlərə toxundu. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycanda ixrac yönümlü məhsulların istehsalı üçün lazımi imkan və şərait var. Bu istiqamətdə müəyyən qanunlar qəbul edilib, prezident tərəfindən fərmanlar verilib. Ümumilikdə belə müşavirələrin mütəmmadi keçirilməsi olduqca böyük əhəmiyyət daşıyır".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}