23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Səlim Müslümov: “İşəgötürənlərin məsuliyyətsizliyi ölüm hallarını artırıb”
Tarix: 26-04-2017 13:37 | Bölmə: Slayd


"Ölkə üzrə bu ilin birinci rübündə 31 halda bədbəxt hadisə baş verib. Bunun çoxu tikinti sektorunun payına düşür. İki fakt qrup halında baş verən hadisələrdir. Bu hadisələr zamanı 10 nəfər həyatını itirib".

Reyting.az APA-ya istinadla xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, 28 Aprel - Əməyin Mühafizəsi Günüdür:

"Əmək Müfəttişliyinin apardığı yoxlamalar il yarımdan çoxdur dayandırılıb. Son dövrlərdə işəgötürənlər nəzarət sistemini nəzərə almır. Nəticədə ölənlərin sayı artıb. Mühafizə vasitələrindən istifadə halları azalıb. Qanun işəgötürənləri məcbur edir ki, onlar işçilərin təhlükəsizliyi üçün bu vasitələrdən istifadə etsinlər, işçiləri əmək təhlükəsizliyi qaydaları ilə tanış etsinlər, gündəlik olaraq onlara bu barədə məlumat versinlər. Təəssüf ki, bunlar edilmir.

Bunun bir səbəbi də ölkədə Əmək Məcəlləsi əsasında Əməyin Təhlükəsizliyi Fondunun yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, bu orqanın yaradılmamasıdır. Hazırda bunun üzərində iş gedir. Hesab edirəm ki, yaxın vaxtlarda əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması hesabına Əməyin Təhlükəsizliyi Fondunun formalaşması məsələsi öz əksini tapacaq".

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}