23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan bankları İŞİD-lə müqayisə olunur - Müraciət
Tarix: 28-04-2017 14:29 | Bölmə: Slayd

"Vacibdir elə evimizin içinə girib başımızı kəssinlər? Son ümid yerimiz olan pensiyamı, uşaq baxçasında işləyən, 1 aylıq əməyi qarşılığında 150 manat qazanan həyat yoldaşımın pulunu sistemə salıb ələ keçirirlər. Bu terror deyil? Digər müsəlman ölkələrində İŞİD, Azərbyacanda banklar əhalini doğrayır, dövlətdən narazı salır”, – İmişli rayon sakini Tofiq Əhmədov bir çox dövlət orqanlarına müraciətlərində belə yazır.

Tofiq Əhmədov KİV-lərə müraciətində qeyd edir ki, 2013-cü ilin dekabrında "Kapital bank”dan 5 min manat kredit götürüb. Zamin həyat yoldaşı Gülbəniz Əhmədova olub. Kredit götürərkən İmişli rayon Suvarma Sistemləri İdarəsində texnik vəzifəsində işləyib. 2014-cü ilin iyununda işdən çıxarılıb. Bundan sonra da krediti ödəməkdə davam edib. 2015-ci il iyuluna qədər hər ay kredit borcunu 193 manat ödəyib. Bundan sonra gəliri olmadığından kredit borcunun ödəməsində çətinlik yaranıb. "Kapital bank” 2016-cı ilin yanvarında məhkəməyə müraciət edib. İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qəmbərov "Kapital bank”ın verdiyi kredit borcuna əlavə 1291 manat faiz borcu hesablanması haqda iddiasını təmin edib. T.Əhmədov 2016-cı ilin iyun ayında həmin məhkəmə qərarından Rayon Məhkəməsinə şikayət edib. Xahiş edib ki, vəziyyəti nəzərə alınsın, faiz borcu silinsin, əlavə borc hesablanması dayandırılsın:

"Ailə başçısıyam, işsizəm. Himayəmdə 6 nəfər var. Bu günə qədər dövlətdən hər hansı bir müavinət almamışam. İmişli Rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdayam. Bunu hakimə də dedim. Bildirdim ki, bankın tələbi yıxılana balta vurmaq kimidir. Mən krediti ödəyə bilmirəmsə, əlavə 1291 manat faiz borcunu necə ödəyə bilərəm? Mənə krediti verəndə nə az, nə çox 400 manat pul alıblar. İndi isə çətin vəziyyətdəyəm. Vətəndaş olaraq bank mənə qarşı cəbhə açıb. Müsəlman ölkələrində İŞİD, Azərbyacanda banklar əhalini doğrayır. Bunu demişəm, deyəcəyəm də. Banklar əhalini dövlətdən narazı salır. Hakim vəziyyətimi nəzərə aldı, həmin əlavə hesablanan 1291 manat borcu sildi, əlavə faiz hesablanmasının dayandırılması haqda qərar verdi. Bankın nümayəndəsi Elnur Nəsirov isə bu qərardan narazı qaldı. Qərardan verdikləri apellyasiya şikayətində yazırlar ki, bank pulu depozit olaraq digər vətəndaşdan alıb. Yaxşı eləyib. Mənə 5 min manat kreditə qol çəkdirib 4 min 600 manat pul veriblər. Hər ay da əsas borc və 23 faiz əlavə geri alıblar. Mən götürdüyüm öhdəliyi yerinə yetirməkdən qəsdən, bilərəkdən yayınmıram. Gəlirim olanda ödəmişəm. Bank həmin pulu digər vətəndaşdan 2 faizlə alıb, mənə 23 faizlə verib. Bunu da bank rəsmiləri bilirlər yəqin. Amma bilə-bilə də apellyasiya şikayətləri yazırlar. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov 2017-ci ilin martında işə baxdı və mühasibat ekspertizasının keçirilməsi haqda qərar çıxardı. Prosesəbankın nümayəndəsi qatılmamışdı. Amma sonradan mənə verilən qərarda guya prosesdə bankın nümayəndəsi Soltan Soltanovun iştirak etdiyini qeyd edib. Hakim ekspertiza qarşısında belə bir sual qoyub – "Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Tofiq Fəyyaz oğlu Əhmədov arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, 167GTUM133530011 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 23 faiz olmaqla 36 ay müddətə verilmiş 5000 manat məbləğində kreditin iddia qaldırılan 26 yanvar 2016-cı ilə ödənilməmiş əsas borc və ona hesablanmış faiz məbləği nə qədər təşkil edir?”

T.Əhmədov yazır ki, iş üzrə ekspertizanın təyin edilməsi doğru deyil: "Bank əlavə 1291 manat faiz hesablayıb. Mən ümumiyyətlə əlavə faizin hesablanmasının doğru olmadığını hesab edirəm. Pulum olsaydı, müqavilə üzrə öhdəliyimi yerinəyetirərdim. Məhkəmə isə ekspertiza təyin edib, hesablanmış əlavə faiz məbləğinin aydınlaşdırılmasını, dəqiqləşdirilməsini ekspertlər qarşısında sual olaraq qoyub. Üstəlik, 150 manat da əlavə ekspertiza xərcini məndən tələb edəcəklər. Mən əlavə faizin hesablanmasını qanunsuz hesab edirəm. Bundan başqa, "Kapitalbank” qanunsuz olaraq mənim pensiya kartımı, həyat yoldaşımın isə əmək haqqı kartını sistemə salıb. Hər ay qanunsuz olaraq bizim təqaüd və əmək haqqımız 100 faiz həcmində ələ keçirilir. Bank rəsmən qanunsuzluq edir, hüquqlarımızı pozur. Mərkəzi Bankın sədri Elman Rüstəmova, Milli Məclisin sədri Oqtay Əsədova, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadəyə, 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm. Mənəqarşı qanusnuzluqlara son qoyulmasında köməklik etsinlər. Ailəmizi bank terrorundan qurtarsınlar. Mən kredit borcumun 40 faiz həcmində tutulmasının əleyhinə deyiləm. Bank bizim ailənin cüzi gəlirini belə 100 faiz həcmində əlimizdən almaqla bizim ağır olan maddi durmumuzu fəlakətə çevirir. 6 nəfərdən ibarət ailəmi dolandırmaq imkanlarım xaricindədir. Xahiş edirəm mənim və həyat yoldaşımın kartları sistemdən çıxarılsın, pulumuzu versinlər, evimizə yavan çörək olsa belə ala bilək. Durumumuz ağır olsa da, dövlətdən aldığımzı pulun 40 faizini banka verməyə hazırıq”.

Məsələ ilə bağlı bankın da mövqeyinə yer ayırmağa hazırıq.

E.MƏMMƏDƏLİYEV






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}