Əksəriyyət üçün əlçatmaz olan turizm mövsümü başlayır
Tarix: 10-05-2017 12:46 | Bölmə: Slayd

Azərbaycanda ilin bütün fəsillərində istirahət üçün imkanlar olsa da, ölkə vətəndaşları əsasən yayda istirahət etməyə çalışırlar.

Sözsüz ki, son illər ölkəmizdə qış turizminin də inkişafı üçün müəyyən işlər görülüb. Hələlik xarici turistlər üçün seçim məkanı olmasaq da, Şahdağda yaradılan qış turizm mərkəzləri insanların diqqətini cəlb edə bilib.

Artıq yay turizminin dövrü başlayır. Görəsən, Azərbaycan istirahət mövsümünə necə hazırlaşıb? Xarici turistləri daha çox cəlb edə biləcəyikmi?

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının rəhbəri, turizm üzrə ekspert Ruslan Quliyev "Reytinq” qəzetinə deyib ki, 2017-ci il yay turizm mövsümünə saylı günlər qalıb. Onun sözlərinə görə, ölkə turizm sənayesi nümayəndələri tərəfindən həm ölkə daxilində, həm də ölkə xaricində yeni və çeşidli proqramlar hazırlanıb:

"Viza sadələşdirilməsi, aviauçuş xidmətlərində liberal addımların atılması Bakıya gələn turistlərin sayının artmasına əsaslı şəkildə təsir göstərib. Hazırda həm ölkə vətəndaşlarının regionlarda istirahəti baxımından, həm də ölkəyə gələn turistlərin istirahəti və səfərləri baxımından müəyyən işlər görülüb. Demək olar ki, turizm sənayesi səfərbər olunub. Proqnozlar da onu göstərir ki, 2017-ci ildə turist sayına görə böyük nəticələr əldə edəcəyik".

Ekspert 2016-cı ilin statistikasını nəzərə çatdıraraq deyib ki, ötən il ərzində ölkə əhalisinin 36,5 faizi daxili turizm səfərlərindən istifadə edib: 

"Ümumilikdə 19,48 milyon turizm məqsədli səfərlər olub. Bunun da 72,5 faizi şəhər əhalisi, qalanı isə kənd əhalisinin payına düşür. Daxili turzim sənədlərində 2,5 milyard manat pul xərclənib. İldən-ilə bu statistika artır".

Qiymətlərə gəldikdə, ötən illərlə müqayisədə mehmanxanaların sayının çoxalması, çeşidlərin müxtəlif olması səbəbindən qiymət siyasətində də yeniliklər müşahidə olunur.

Müsahib bildirib ki, əsas problemlərdən biri də odur ki, ölkəyə gələn turistlərin sayının çoxluğu səbəbindən bölgələr də daxil olmaqla, yer məhdudluğu yaranır:

"May ayının sonunda, eləcə də iyun ayında 5-6 gün bayram günlərinin olması ölkə əhalisinin bölgələrə səyahətinə səbəb olacaq".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}