600 min uşaq ölüm təhlükəsi ilə üzləşib
Tarix: 22-05-2017 15:51 | Bölmə: Cəmiyyət


Dünyada yüz minlərlə uşaq Ümumdünya Ərzaq Təşkilatının maliyyələşməsində yaranan problemlə əlaqədar aclıqdan ölmək təhlükəsi ilə üzləşib.

"Associated press”in məlumatına görə, bunu təşkilatın icraçı direktoru Devid Bisli deyib. O bildirib ki, təşkilatın maliyyələşməsində boşluqlar həll olunmasa, 600 min uşaq acından ölə bilər. D.Bisli qeyd edib ki, təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinin dayandırılmasının qarşısını almaq üçün Vaşinqtonda olan bütün əlaqələrini işə salacaq.

Qeyd edək ki, Devid Bisli daha əvvəl ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru olub.(APA)





Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}