14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
7 vəzifəli şəxs işdən çıxarılıb – Siyahı
Tarix: 02-06-2017 10:28 | Bölmə: Slayd


Prezident Administrasiyasının yeni strukturu təsdiqləndikdən sonra bəzi vəzifəli şəxslərin yeni strukturda yer almadığı məlum olub.

Bu şəxslər Prezidentin köməkçisi Tariyel Ağayev, Millətələrarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev, İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Yeni strukturda yer almayan bu şəxslərdən hələlik Kamal Abdulla yeni vəzifəyə (rektor) təyin edilib. Digərləri ilə bağlı hələlik belə bir qərar verilməyib.

Reyting.az

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}