16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirlər Kabineti təhsil müəssisələrində dəyişiklik edib
Tarix: 07-06-2017 11:54 | Bölmə: Slayd


Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.

Dəyişiklik ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr) bölməsi ilə bağlıdır.

Dəyişikliyə əsasən, Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbinin bazasında Sumqayıt şəhər internat tipli gimnaziya, Sumqayıt şəhər G.Əsədov adına Tam orta internat məktəbin bazasında Sumqayıt şəhər general M. Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Gəncə şəhər Sanatoriya tipli internat məktəbi bazasında Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Mingəçevir şəhər Tam orta internat məktəbinin bazasında Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Göyçay şəhər Səməd Vurğun adına Tam orta internat məktəbinin bazasında Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya yaradılıb.

Eyni zamanda Lerik şəhər V.İbrahimov adına Tam orta internat məktəbinin bazasında Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Goranboy şəhər R.Ağakişiyev adına Ümumi orta internat məktəbin bazasında Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Siyəzən şəhər Ümumi orta internat məktəbin bazasında Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Balakən rayonu Ümumi orta internat məktəbin bazasında Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya, Neftçala şəhər M.Səfərov adına İnternat məktəbin bazasında Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Zaqatala şəhər İnternat məktəbin bazasında Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbin bazasında Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Salyan şəhər A.Səfərov adına Ümumi orta internat məktəbin bazasında Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Şəki şəhər Qarışıq tipli internat məktəbin bazasında Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbin bazasında Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbin bazasında Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya yaradılıb.

Qərara əsasən, Bərdə şəhər R.Mustafayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya və 2 nömrəli Ailə tipli kiçik qrup evi də yaradılıb.(apa)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}