07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ermənistan kəşfiyyatçıları müdafiə xəttimizi keçmək istəyib – Əsir düşən var
Tarix: 21-06-2017 10:28 | Bölmə: Slayd


İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Reyting.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Məlumata görə, təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}