23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Prezident məhkəmə binasının açılışında iştirak edib - Fotolar
Tarix: 21-06-2017 11:06 | Bölmə: Slayd


Prezident İlham Əliyev iyunun 21-də Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə prezidentə məlumat verib.(APA) 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}