23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ələ keçən kəşfiyyatçı: “Məqsədimiz Azərbaycan əsgərlərini öldürmək idi”
Tarix: 21-06-2017 16:59 | Bölmə: Slayd

Azərbaycan Ordusunun ötən gün ələ keçirdiyi erməni kəşfiyyatçı bildirib ki, əlverişsiz hava şəraitindən, yəni yağışlı, dumanlı və havanın qaranlıq olmasından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəliləyiblər.

Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, ələ keşən kəşfiyyatçı deyib ki, məqsədləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.

16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuş Zaver Hovanis Karapetyan bildirib ki, qruplarının tərkibində iki nəfər yaralı olduğundan, digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçıblar:

"Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”,- deyə, Ermənistan tərəfindən Azərbaycan ərazisində təxribat törətməyə gəlmiş şəxs bildirib.

Onu da qeyd edək ki, Z.H.Karapetyan hazırda Noyemberyan rayonunun Dovex kənd sakinidir və həmin kənddə yaşayıb.

O, bildirib ki, pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}