16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ iki yaşlı Zəhranın qətlinə reaksiya verib
Tarix: 07-07-2017 12:12 | Bölmə: Slayd


ABŞ iyulun 4-də Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq hissi keçirir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-da keçirilən ənənəvi brifinqdə bildirib:

"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz qurbanların ailələrinə dərin hüznlə səmimi başsağlığımızı bildirmək istərdik".

Mətbuat nümayəndəsi deyib: "ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır. Bizim bu region üzrə siyasətimiz açıq-aydındır, – münaqişə gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə həll oluna bilər”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}