Prezident iki generalı işdən kənarlaşdırıb
Tarix: 11-07-2017 18:50 | Bölmə: Slayd


Azərbaycan prezidenti İlham Əliyev xidmət rəisinin müavinini vəzifədən azad edib.

Bununla bağlı verilən sərəncama əsasən, Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad olunub.

İ.Əliyevin digər sərəncamı ilə general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Prezident, dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Əli oğlu Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}