Ali məktəblərin keçid balları aşağı salınıb – Siyahı
Tarix: 19-07-2017 13:30 | Bölmə: Slayd


Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtləri Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.

Aşağıdakı cədvəllərdə həmin ixtisaslar, onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq "Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.

Müsabiqə şərtləri:

Aşağıda qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimya - Lənkəran Dövlət Universiteti

Meşəçilik - Lənkəran Dövlət Universiteti - Qərb Universiteti

Aqronomluq - Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi - Naxçıvan Dövlət Universiteti

Texnologiya müəllimliyi - Naxçıvan Dövlət Universiteti - Gəncə Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi - Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi - Qərb Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyi - Azərbaycan Texnologiya Universiteti - Azərbaycan Kooperasiya Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi - Azərbaycan Texnologiya Universiteti - Azərbaycan Kooperasiya Universiteti - Qərb Universiteti - Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi - Qərb Universiteti.

II ixtisas qrupu üzrə:

Marketinq - Azərbaycan Texnologiya Universiteti - Mingəçevir Dövlət Universiteti - Azərbaycan Kooperasiya Universiteti - Azərbaycan Universiteti - Xəzər Universiteti - "Odlar Yurdu" Universiteti - Bakı Biznes Universiteti - Azərbaycan Dövlət Aqrar Universiteti

Kommersiya - Azərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə) - Qərb Universiteti - Xəzər Universiteti - Bakı Avrasiya Universiteti

Turizm vəotelçilik - Naxçıvan Dövlət Universiteti - Gəncə Dövlət Universiteti - Mingəçevir Dövlət Universiteti - Lənkəran Dövlət Universiteti - Bakı Dövlət Universitetinin Qazax filialı - Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı - Azərbaycan Kooperasiya Universiteti - Qərb Universiteti - Xəzər Universiteti - "Odlar Yurdu" Universiteti - Naxçıvan Universiteti.

III ixtisas qrupu üzrə:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması - Naxçıvan Dövlət Universiteti - Lənkəran Dövlət Universiteti

Sosial iş - Naxçıvan Dövlət Universiteti - Gəncə Dövlət Universiteti - Bakı Dövlət Universitetinin Qazax filialı - Azərbaycan Universiteti -Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.

IV ixtisas qrupu üzrə:

Baytarlıq - Lənkəran Dövlət Universiteti

Ekologiya - Lənkəran Dövlət Universiteti - Azərbaycan Kooperasiya Universiteti.

Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı formadadır:

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}