16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sarkisyan rejimi hərbi ittifaqda olduğu ölkələri təxribata sövq edir
Tarix: 24-07-2017 13:44 | Bölmə: Slayd


Son günlər Ermənistan mətbuatının guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinə yaxın ərazilərdə yerləşən erməni kəndlərinin atəşə tutulması barədə yaydığı xəbərlərə Müdafiə Nazirliyi cavab verib.

Məlumatda bildirilir ki, Ermənistan hakimiyyəti tərəfindən yayılan bu kimi xəbərlər hərbi ittifaqda olduğu müxtəlif ölkələri aldadaraq öz çirkin avantürasına cəlb etmək və həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmaq məqsədini daşıyır.

Müdafiə Nazirliyi bildirir ki, əks tərəfin dediklərinin əksinə olaraq Ermənistan silahlı qüvvələri Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrdən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndlərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub.

"Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub.

Vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır",-deyə Müdafiə Nazirliyindən bildirilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}