17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Məleykə Abbaszadə qanunsuz tələbə qəbulunda ittiham olunur – Qalmaqal
Tarix: 26-07-2017 13:14 | Bölmə: Cəmiyyət


Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, külli miqdarda vəsaitini ələ keçirdiyinə görə barəsində cinayət işi başlanan keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xaricdə gizlənən sabiq mətbuat katibi Elnur Nağızadə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadəyə hədə ismarıcı göndərib.

Reyting.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya DİM-dəki mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Elnur Nağızadə ali məktəblərə qəbul adı ilə aldığı pulları təkbaşına mənimsəmədiyini iddia edib.

Qeyd olunur ki, ölkə gündəmində böyük əks-sədaya səbəb olan bu olaydan sonra keçmiş TQDK rəhbərliyi Nağızadəyə bir müddət səbr etməyi tövsiyyə etsə də, nəticə vəd edildiyi kimi olmayıb. Bu səbəbdən də, artıq xaricdə gizlənməyin çətinlikləri ilə üzləşən sabiq mətbuat katibi Nağızadə Abbaszadəni hədələyir.

Məlumata görə, Nağızadə barəsində cinayət işinin ləğv olunması və təhlükəsiz şəkildə ölkəyə dönüşünün təmin olunmasını tələb edir. Əks təqdirdə, tələbə qəbulunda baş verən rüşvət faktlarının üstünü açacağını bildirib.

Sayt iddia edir ki, E.Nağızadənin açıqlayacağı faktlar arasında yüksək vəzifəli məmur övladlarının hansı qiymətlərə və neçə balla ali məktəblərə qəbulu ilə bağlı məqamlar da var.

Qaynaq E.Nağızadənin ona hər zaman etimad göstərən rəhbərinə qarşı çıxmasının bir səbəbini də artıq DİM sədrinin hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə əlaqələndirib. Belə ki, Prezident Admnistrasiyası Humanitar məsələlər şöbəsinin sabiq sədri Fatma Abdullazadənin "vurulmasından” sonra DİM sədri himayəsiz qalıb.

M.Abbaszadənin onu ölkəyə problemsiz gətirəcəyinə ümidləri ölən E.Nağızadə isə artıq reallığı dərk etdiyindən çıxış yolunu sabiq şefini ifşa etməkdə görür.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}