İmtahanda iştirak edənlərin 52 faizi keçid balını toplaya bilməyib
Tarix: 28-07-2017 19:41 | Bölmə: Slayd


Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə 2017-2018-ci tədris ili üçün 2-ci dəfə qəbul imtahanı keçirdi. Bununla da bu il üçün II vəIII qruplar üzrəkeçrilən qəbul imtahanları başa çatdı.

Bu ilki nəticələrlə bağlı fikirlərini Reyting.az-la bölüşən təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri ilə müqayisə etdikdə tədris ili başa çatmamış, hələ məktəblilərin proqramı tamamlanmamış göstərilən nəticələrin daha yüksək olduğu ortaya çıxıb. Onun qənaətincə, ümumilikdə aprel ayında keçrilən imtahan göstəriciləri üstün olub. Belə ki, 30 apreldə imtahanda iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib, imtahanda iştirak edən abituriyentlərdən isə 17 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunaraq nəticələri ləğv edilmişdisə, 14 iyuldakı imtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməyib. Üstəlik, imtahanda iştirak edən abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunaraq, nəticələri ləğv edilib. 

K.Əsədov qeyd edib ki, bunlarla yanaşı maksimum nəticə göstərənlərdə də fərq var. Onun sözlərinə görə, 30 apreldə keçrilən imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplamışdısa, 14 iyulda keçrilən imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəb və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək 700 bal toplaya bilib. II qrupda isə apreldə keçrilən imtahandan fərqli olaraq maksimum nəticə göstərən olmayıb.

Ekspert bildirib ki, bu ildən etibarən ali məktəblərin I-IV ixtisasları üzrə qəbul imtahanları iki dəfə keçrilsə də, bu, keyfiyyət artımına səbəb olmayıb.

2017/2018-ci tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına gəlincə, ali məktəblərə keçirilən qəbul imtahanının I mərhələsində (30 aprel, 7 may) 64 220 abituriyent iştirak edib. Onlardan 17 033-ü (8 554-ü I, 4 176-sı II, 3 396-sı III, 907-si IV ixtisas qrupu üzrə) 0-99, 15 804-ü (6 079-u I, 4 758-i II, 4 162-si III, 805-i IV ixtisas qrupu üzrə) 100-199, 12 708 (4499-u I, 3 997-si II, 3 468-i III, 744-ü IV ixtisas qrupu üzrə) 200-299, 13 906-sı (4 436-sı I, 4 228-i II, 4 081-i III, 1 161-i IV ixtisas qrupu üzrə) 300-499, 4 769-u (1 486-sı I, 1 190-ı II, 1 255-i III, 838-i IV ixtisas qrupu üzrə) isə 500-700 arası bal toplayıb.

K.Əsədovun sözlərinə görə, qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb.

Məlumat üçün onu da qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrinə görə imtahanda iştirak etmək üçün sənəd vermiş 30239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 24 nəfəri isə imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunaraq nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

K.Əsədovun sözlərinə görə, tədris ilinin başa çatmamasına baxmayaraq abituriyentlərin göstərdikləri nəticlərlər tədris ili başa çatandan sonrakı nəticələrlə müqayisədə yüksək olub. Belə ki, Dövlət İmtahan Mərkəzinin iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrinə görə imtahanda iştirak etmək üçün ərizə vermiş 27962 abituriyentdən 1366 nəfəri imtahanda iştirak etməyib. 13 abituriyent imtahan qaydalarını pozduqlarına görəimtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent, IV ixtisas qrupu üzrəisə bir abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və 700 bal toplayıb.

K.Əsədov qeyd edib ki, bu rəqəmlər göstərir ki, imtahanda iştirak edənlərin 52 faizi keçid balını toplaya bilməyib. Bu isə qəbul imtahanlarında keyfiyyət artımının olmadığını göstərir.

Z.MƏMMƏDLİ

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}