“Azersell” və “Baksell” müştərilərinə kələk gəlir – Etiraz
Tarix: 10-08-2017 17:30 | Bölmə: Slayd

“Azersell” və “Baksell” müştərilərinə kələk gəlir

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan narazılıqlar artır. Artıq narazılığın sərhəddi sadə vətəndaşlarla məhdudlaşmır, tanınmış şəxslər də "Azersell”, "Baksell” və "Nar Mobile”nin özbaşınalığına etiraz etməyə başlayıblar.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa və digər tanınmış şəxslər də narazılar sırasındadır.

F.Mustafa "Facebook” səhifəsində yazıb ki, "Azersell” ve "Baksell” nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən SMS gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərci isə 59 qəpikdir. Yəni bir aya 18 manat:

"Halbuki hansısa xidmətə qoşulmaq ücün muraciət etmirsən.

Bununla bağlı mobil operatora zəng vururduqda isə deyirlər ki, bu bizim xidmət deyil, filan nömrə ilə əlaqə saxlayın, onların xidmətidir.

Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən basqa kimdənsə ala bilməz.

Nə isə, zəng vurursan deyilən nömrəyə, cavab verirlər ki, siz internetdə filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız.

Beləcə, hətta xidməti ləğv etdirmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı? Gözəlim məmləkətimizdə kim-kimi harada tutdusa, çəkinmədən soyur”.

Reyting.az-ın məlumatına görə, F.Mustafa qeyd edib ki, bəzi xəbər saytlarına girdikdə mobil operatorların müştərilərini hansısa xidmətə qoşurlar. Bu isə hüquqi cəhətdən rüsvayçılıqdır. "Stop” yazıb həmin xidməti durdurmaq üçünsə 2 AZN pul çıxırlar.

Soyğunçu şirkətlərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyaları əsasında fəaliyyət göstərdiklərini yazan F.Mustafa bildirib ki, göndərilən SMS-lərlə vətəndaşların böyük məbləğdə vəsaitlərini mənimsəyirlər:

"Məsələ 59 qəpikdə deyil, bu SMS-lərlə 100 minlər oğurlanır. Yəni vətəndaşı ən mədəni formada soyurlar”.

Deputat yazır ki, hələ bir nəfərə zəng vurduqda, onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan və o zaman xəbərin olmadan hansısa hesablar boynuna yüklənir.

"Günün bəlkə də ən böyük məsrəfi telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən "ürək genişliyi” ilə istifadə edərək SMS vurub, qazan doldururlar”,- F.Mustafa yazıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}