23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Təhsil sahəsi üzrə yeni standartlar hazırlanıb
Tarix: 15-08-2017 17:16 | Bölmə: Cəmiyyət

Təhsil sahəsi üzrə yeni standartlar hazırlanıb

Azərbaycanda məktəbəqədər təhsil sahəsi üzrə yeni dövlət standartları hazırlanıb.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, artıq "Məktəbəqədər təhsil haqqında" dövlət standartlarının layihəsi təsdiq olunması üçün hökumətə təqdim olunub.

Onun sözlərinə görə, növbəti illərdə yeni təkmilləşmə əsasında hazırlanacaq kurikulumlar vasitəsilə həm məktəbəqədər, həm də məktəbəhazırlıq təhsilini yeniləşdirərək müasir dövrün tələblərinə uyğunlaşdırılacaq:

"Məktəbəhazırlıq qruplarının tədris proqramlarında dəyişikliklər edilib və çap edilərək yerlərə göndərilib. Bu il ölkədə "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edildi. Strategiya sənədlərinə əsasən bütün təhsil sahələrinin məzmununun təkmilləşdirilməsi, yeni tələblərə uyğun məzmunun müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb və bu işlər davam etdirilir. Məktəbəqədər təhsilin, o cümlədən məktəbəhazırlıq kurikulumunun, dövlət standartlarının hazırlanması bu istiqamətdə atılan addımlardan biridir. Hazırda ölkə təhsilinin məzmununda yeni yanaşmalar var. Uşaqlarda daha çox düşüncə tərzinin, təfəkkürün inkişaf etdirilməsi əsas götürülür. Artıq təhsildə hafizədən, yaddaşdan təfəkkür və düşüncənin inkişafına keçilir".(APA)






Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}