23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan böyük güclərin toqquşma məkanına çevrilir
Tarix: 19-08-2017 15:19 | Bölmə: Slayd
Azərbaycan böyük güclərin toqquşma məkanına çevrilir
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq işlərinə başlayıblar.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
M.Zaxarovanın sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün növbəti görüşə hazırlıq məqsədi ilə bu ilin iyul ayında Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparıblar.
XİN-in sözçüsü qeyd edib ki, məsləhətləşmələr sentyabrın ikinci yarısında Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı da davam etdiriləcək.
Azərbaycan böyük güclərin toqquşma məkanına çevrilir
Məsələylə bağlı Reyting.az saytına açıqlama verən politoloq Mütəllim Rəhimli isə belə görüşlərdən ciddi nəticə gözləmir. M.Rəhimli qeyd edib ki, indiyədək Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə görüşsələr də, bu görüşlər nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və işğaldakı ərazilərin azad olunması istiqamətində hər hansı razılaşma əldə edilməyib:
“Görüşlər mövcud status-kvonun saxlanmasına xidmət edib. Əgər atəşkəsin əldə edildiyi dövrdə - 90-cı illərdə bu vəziyyət Azərbaycana sərf edirdisə, artıq bunun davam etməsi xeyrimizə deyil. İndi Azəbaycanın müasir silahlarla təmin olunmuş, mənəvi-psixoloji baxımdan çox güclü ordusu və yüksək döyüş əzmi var. Ona görə də, Azərbaycan mövcud vəziyyətdən istifadə edərək, qazandığı üstünlüyün yaratdığı şərtləri diqtə etməlidir. Bunu etməsək, Qarabağ problemini həll edə bilmərik”.
Politoloqun fikrincə, BMT-nin, ATƏT-in və iri dövlətlərin münasibətindən görünür ki, onlar Qarabağ məsələsinin ədalətli həllində maraqlı deyillər və bu istiqamətdə çalışmırlar. Əksər hallarda bu istiqamətdə göstərdikləri cəhdlər isə görüntü xarakteri daşıyır və hesabat naminə edilir:
“Məsələ bundadır ki, problemin həllinə vasitəçilərin qarışması və üstəlik, regiona təsiri olan dövlətlərin maraqları Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirib. Hər kəs öz maraqlarını bu konflikt sayəsində reallaşdırmağa çalışır. Böyük güclər Dağlıq Qarabağ problemini ədalətli şəkildə deyil, öz maraqlarına uyğun həll etmək məqsədini güdürlər. Etiraf etmək lazımdır ki, Qarabağ böyük güclərin hələlik Suriya səviyyəsinə çatmayan toqquşma məkanıdır. Bütün bunları nəzərə alaraq demək olar ki, prezidentlərin növbəti görüşünün təşkili problem üzərində nəzarətin vəziyyətinə əminliyin əldə edilməsinə hesablanıb. Çünki Qarabağ münaqişəsi üzərində toqquşan böyük güclər bir-birinə etibar etmirlər”.
Qeyd edək ki, M.Zaxarova “Rusiya öz tərəfindən mümkün olan hər şeyi edir ki, vəziyyət sabitləşsin, nizamlanmanın əldə edilməsinə istiqamətlənmiş danışıqlar prosesinin davam etdirilməsinə şərait yaransın”,- sözlərini də işlədib. M.Zaxarova bildirib ki, Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib. “Bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb. Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə də qeyd edilib. Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Biz, öz tərəfimizdən vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqların davam etdirilməsi üçün hər şeyi edirik. Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib",- deyə M.Zaxarova qeyd edib.
Azərbaycan böyük güclərin toqquşma məkanına çevrilir
M.Rəhimli isə iddia edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrlə yanaşı bir sıra dövlətlərin xarici siyasətlərində Qarabağ problemi əsas yerlərdən birini tutur. Çünki müasir münasibətlər sistemində konfliklər mühüm təsiretmə vasitəsidir.
M.Rəhimli bildirib ki, hazırda nə Rusiya, nə də ABŞ problemin həllində maraqlı deyil və onlar Dağlıq Qarabağ münaqişəsi üzərində imitasiya edirlər:
“Dünyada yaranan siyasi münasibətlər mənzərəsi imkan verir ki, Azərbaycan hərbi yolla işğal altındakı torpaqlarını azad etsin. Bunun üçün ən vacib olan şey – xalqın inamı var. Üstəlik, 25 ilə yaxındır ki, davam edən danışıqlar prosesinin heç bir nəticə verməməsi də bunu diqtə edir”.
M.Rəhimli düşünür ki, Azərbaycan problemin həlli istiqamətində ortaya kəskin mövqe qoymasa heç bir irəliləyişə nail ola bilməyəcək:
“Nəzərə almaq lazımdır ki, prezidentlərin sonuncu görüşünün nəticəsi kimi biz azərbaycanlı girov Dilqəm Əsgərovun ölkəmizə qaytarılmasını müşahidə edə bilmədik. Bu halda problemin həllində hansı müsbət nüanslara ümid etmək olar?!”.
Z.MƏMMƏDLİ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}