600 hektar pambıq sahəsini məhv edirlər - Fotolar
Tarix: 31-08-2017 12:16 | Bölmə: Slayd
600 hektar pambıq sahəsini məhv edirlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər ölkəmizdə pambıqçılığın inkişafı üçün dövlət səviyyəsində mühüm işlər görülür. Ölkə başçısının qeyri-neft sektorunun inkişafı ilə bağlı başladığı bu işlərə, təəssüflər olsun ki, bəzi səlahiyyət sahibləri məsuliyyətsiz yanaşır, hətta pambıqçılığın inkşafını da şəxsi mənfəət obyektinə çevirməyə çalışırlar. Məlumata görə, belə məmurlardan biri də Beyləqan rayonunda yerləşən “Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin direktoru Çərkəz Şirinovdur.

Reyting.az saytı xəbər verir ki, Beyləqan rayon sakini Şahin Əsədovun Azfakt.com-a verdiyi məlumata görə, MMC direktoru Çərkəz Şirinov dövlətin pambıqçılığın inkişaf etdirilməsi siyasətindən sui-istifadə edərək, bu sahə üzərində, həm də qeyri-qanuni yolla özünün şəxsi binznesini qurur.

Qeyd edilir ki, hazırda Beyləqanda “Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi”ndə 600 hektara yaxın pambıq əkilməsinə baxmayaraq, Çərkəz Şirinovun səhlənkarlığı, layqeydsizliyi ucbatından əkin sahələri məhv olmaq üzrədir:

“Çərkəz Şirinov pambıq sahələrinin becərilməsi üçün dövlətdən təxminən 300 min manata yaxın vəsait almasına baxmayaraq, ciddi iş görülməyib. Əvəzində isə dövlət vəsiatinin bir hissəsinə mal-qara alaraq rəhbərlik etdiyi müəssisədə saxlatdırır”.

Ç.Şirinovun qanunsuzluqları ilə üzləşən Ş.Əsədov bildirib ki, müəssisə direktoru pambıq sahələrində şəxsi mal-qarasını otartdırır. Dəfələrlə Ç.Şirinovun bu hərəkətinə etiraz edilsə də, "dövlət bilər, mən bilərəm”,- deyib.

Ş.Əsədov iddia edir ki, Ç.Şirinovun bu hərəkətləri prezident İlham Əliyevin pambıqçılıqla bağlı siyasətinə qarşı çıxmaqdır. Çünki ölkə rəhbəri rayonlara səfər edərək, pambıqçılqla maraqlanır və bu sahənin inkşafı üçün lazım olan köməkliklərin göstərilməsini tapşırsa da, Şirinov inadından dönmür.

Ş.Əsədovun iddiasına görə, Ç.Şirinov bu özbaşınalığını tələbə yoldaşı, onun əsas himayədarı və bu vəzifəyə təyin edilməsini təşkil edən Tofiq Qocayevə arxalanaraq həyata keçirir.

Məlumata görə, MMC direktorunun himayəçisi olan Tofiq Qocayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiridir. Demək olar, ayda 1-2 dəfə Beyləqana səfər edən T.Qocayev Ç.Şirinovun bu özbaşınalıqlarından xəbərdardır:

“Tofiq Qocayev də bu qanunsuzluqlara və özbaşınalıqlara şərikdir. Çərkəz Şirinov isə hər yerdə deyir ki, Tofiq Qocayev tələbə yoldaşıdır və nazir Heydər Əsədovla yaxındır, onun direktor təyinatı üçün nazirə "haqq-hesabı” tələbə yoldaşı vasitəsi ilə çatdırıb”.

Xatırladaq ki, Çərkəz Şirinovun dövlət torpaqlarını şəxsi mənafeləri üçün istifadə etməsi ilə bağlı bir neçə həftə bundan əvvəl ölkə KİV-lərində məlumat verilmişdi. Həmin məlumatda qeyd olunurdu ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun Beyləqandakı adamı “Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin toraq sahəsində gizli şəkildə 500 hektar taxıl əkib. Müəssisə direktoru 500 hektar torpaq sahəsindən 2 (iki) min tona yaxın məhsul əldə edərək şəxsi mənafeyi üçün satıb. Hazırda qara bazarda taxılın topdan satış qiymətinin 0,25 qəpikdir ki, bu da Ç.Şirinova təxminən 500 min manat əlavə qazanc gətirib. İddia olunur ki, Ç.Şirinov əldə etdiyi yarım milyon manat vəsaitin bir hissəsini himayədarı T.Qocayevə verib.
600 hektar pambıq sahəsini məhv edirlər
600 hektar pambıq sahəsini məhv edirlər
600 hektar pambıq sahəsini məhv edirlər
600 hektar pambıq sahəsini məhv edirlər
600 hektar pambıq sahəsini məhv edirlər
600 hektar pambıq sahəsini məhv edirlər




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}