17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ziyalılar dövlət başçısından kömək istəyir - Müraciət
Tarix: 06-09-2017 12:43 | Bölmə: Slayd
Ziyalılar dövlət başçısından kömək istəyir

"Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyevin azadlığa buraxılması üçün bir qrup ziyalı prezident İlham Əliyevə müraciət edib.

Müraciəti Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, "Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıblar.

Müraciəti imzalayanlar dövlət başçısından xahiş edirlər ki, Mehman Əliyevin işini diqqətdə saxlasın:

"Bu şəxsin ölkə mətbuatının inkişafında böyük xidmətləri var, o nüfuzlu jurnalist və media eksperti kimi dünyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb.

"Turan” agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz "Turan” agentliyi çatdırıb. Həmin faciə haqqında çəkilmiş "Sonsuz dəhlız” filmində "Turan”ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsində dünyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb.

Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil, çünki ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib”.

Müraciət müəllifləri qeyd edirlər ki, cəmiyyətin yaxşı tanıdığı bır jurnalistin taleyindən narahatdırlar. Bu səbəbdən də dövlət başçısından xahiş edirlər ki, istintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs qəti-imkan tədbirinin dəyişdirilməsinə köməklik göstərsin.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}