07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bakıda böyük tədbir başlayıb: “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılır
Tarix: 14-09-2017 11:14 | Bölmə: Slayd
Bakıda böyük tədbir başlayıb: “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılır

Bakıdakı Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanma mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Reyting.az-ın xəbərinə görə, dövlət başçısı mərasimdə nitq söyləyib.

İ.Əliyev deyib ki, bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır.

AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan Sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti deyib ki, bu gün imzalanacaq müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var:

"Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}