"Bakcell" millət vəkilinin hesabından oğurluq edib - İttiham
Tarix: 14-09-2017 14:12 | Bölmə: Slayd
"Bakcell" millət vəkilinin hesabından oğurluq edib

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan olan "Bakcell"i ittiham edib.

Reyting.az-ın məlumatına görə, adıçəkilən mobil operator deputatın hesabından pul oğrulayıb.

Fazil Mustafa qeyd edib ki, vaxtilə “Bakcell"in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını yazıb, tənqid etsə də, bu mobil operator yenə yaramazlıqla məşğuldur:

“Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın”.

F.Mustafa bildirib ki, iki gün ərzində “Baksell” nömrəsindən kiminləsə danışmayıb: “Amma görün, özbaşınalıq hansı səviyyədədir...".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}