Azərbaycanda “Bilik günü” qeyd edilir
Tarix: 15-09-2017 08:40 | Bölmə: Slayd
Azərbaycanda “Bilik günü” qeyd edilir

Yeni tədris ilinin başlanması ilə əlaqədar 15 sentyabr Azərbaycanda “Bilik günü” kimi qeyd edilir.

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı -tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

Bu il Azərbaycanın orta məktəblərinə bütün siniflər üzrə 1 445 049 şagird gedəcək. Yeni tədris ilində 164 945 şagird respublikanın ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq. Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 033 şagird birinci sinfə getmişdi.

Bu il ölkədə 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənməsi nəzərdə tutulur.

İl ərzində 12 məktəb binası əsaslı, 484 məktəb binası cari təmir edilib. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

2017/2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunaraq, yerlərə çatdırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}