16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Allahşükür Paşazadənin ailə üzvləri Azərbaycanı tərk edib
Tarix: 17-09-2017 15:14 | Bölmə: Slayd
Allahşükür Paşazadənin ailə üzvləri Azərbaycanı tərk edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birgə Azərbaycanı birdəfəlik tərk edib.

Məlumata görə, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. Onun Türkiyənin İstanbul şəhərində ev aldığı bildirilir.(Ölkə.az)

İddia olunur ki, M.Paşazadənin qəfil Azərbaycanı tərk etməsinə səbəb son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalardır.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl QMİ sədrinin Karlovı Varıda (Çexiya) bir xanımla şərikli biznesinin və digər mülklərinin olması barədə məlumatlar yayılmışdı.

Allahşükür Paşazadənin ailə üzvləri Azərbaycanı tərk edib

Reyting.az xəbər verir ki, QMİ sədrinin qudası, sabiq deputat Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı yayılan məlumatı təsdiqləyib.

Salahzadə deyib ki, M.Paşazadə ailəsi ilə birgə ölkəni tərk edib. Köç etməyin səbəbinə gəlincə, bu barədə məlumatsız olduğunu bildirib:

“Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi”.

Ola bilərmi ki, Şeyxin oğlu ölkəni müvəqqəti tərk edib və o, qayıdacaq, - sualına Hacı Qalib “Yox” cavabı verib:

“Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Gələcək, gəlməyəcək, mən deyə bilmərəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}