Fazil Məmmədov nazirliyə aparat rəhbəri təyin edib - Foto
Tarix: 18-09-2017 11:00 | Bölmə: Slayd
Fazil Məmmədov nazirliyə aparat rəhbəri təyin edib

Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin edilib.

Reyting.az saytı "Report”a istinadən xəbər verir ki, bu, Nigar Əyyub qızı Alimovadır.

Baş vergi xidməti müşaviri olan N.Alimova bundan öncə nazirliyin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentində şöbə müdiri olub. O, yeni vəzifəsində Ağasəməd Veyis oğlu Əfəndiyevi əvəz edib.

Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Fazil Məmmədov nazirliyə aparat rəhbəri təyin edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}